Kaxaber Sxadadze: "Oyunçularıma təşəkkür edirəm" AÇIQLAMA

Bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda "İnter" - "Bakı"nı darmadağın edib (7:0).

Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze matç barəsində fikirlərini bildirib:

"Bu oyun psixoloji cəhətdən bizim üçün çox əhəmiyyətli idi. Çünki "Qarabağ" qrupa düşəndən sonra "Bakı" ilə xal itirmişdi. Qonaqlar həmişə təhlükəli komanda olub. 3 qol vursaqda, paslarda müəyyən səhvlər var idi. Buna görə, oyunda əsəbi görsənirdim. Sevindirici haldır ki, oyun 7:0 hesabı ilə başa çatdı. Oyunçularım müxtəlif mövqelərdən baxımlı qollar vurdular. Buna görə onların hər birinə təşəkkür edirəm. Lakin həmişə dediyim kimi bu oyunu unudub, gələn tur haqqında düşünməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right