Kaue: "Hamımız "Qəbələ" ilə oyuna köklənmişik" AÇIQLAMA

“Neftçi”nin futbolçusu Kaue Sesilyo klubun rəsmi saytına açıqlama verib. 
 
Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi həftə sonu “Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini bildirib:
 
“Qəbələ” ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir. “Qəbələ” öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right