Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, turun açılış matçında "İnter" və "Bakı" komandaları üz-üzə gəlib.
"İnter Arena"da keçirilən matçda darmadağın qeydə alınıb. Belə ki, meydan sahibləri qonaqları 7:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq.
19 sentyabr (cümə)
Azərbaycan Premyer Liqası, 6-cı tur
19:00. “İnter” – “Bakı” 7:0
Qol: Junior Nildo 10, 19, Arif Daşdəmirov 30, Baçana Saxadadze 44, 47, Coşqun Diniyev 73, Nizami Hacıyev 85
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
Bakı. “İnter Arena” stadionu.
20 sentyabr (şənbə)
17:00. “Sumqayıt” – AZAL
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt stadionu, süni örtüklü meydança.
19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
Lənkəran şəhər stadionu.
21 sentyabr (bazar)
18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.
20:00. “Qarabağ” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.