Avroliqanın qrup mərhələsində "Sent-Etyen"lə oyunda xəsarət alaraq meydanı tərk edən "Qarabağ"ın daha bir aparıcı üzvü Muarrem Muarremin durumu normaldı.
Newsport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçinin sağlamlığı yerindədi.
Tibbi müayinədən sonra onun zədəsinin yüngül olduğu üzə çıxıb. Bu isə o deməkdir ki, futbolçu qarşıdakı oyunlarda Ağdam klubuna kömək edə biləcək.