"Araz Naxçıvan" Lənkərana itkilərlə yollanır

Premyer Liqanın növbəti turunda "Araz Naxçıvan" "Xəzər Lənkəran"la üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, çempionatımızın debütandı Lənkəran səfərinə 3 itki ilə yollanır.

Tərlan Xəlilovla Hüseyn Axundov bir müddət əvvəl zədələnmişdi. Həmin futbolçulara daha biri qoşulub. Belə ki, Elgiz Kərimli dünənki məşqdə xəsarət alıb. Sözügedən futbolçuların VI turu buraxacağı dəqiqdi.

 

"Xəzər Lənkəran" - "Araz Naxçıvan" matçı sentyabrın 20-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right