Xanım azarkeşlər “Qarabağ”ın fan-klubunu yaratdılar

Bir qrup xanım azarkeş "Qarabağ"a dəstək məqsədilə fan-klub yaradıb.

Newsport.az saytının məlumatına görə,bu haqda Qol.Az saytına klubun yaradıcısı, tanınmış telejurnalist Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, fan klub “Ladys "Qarabag" adlanacaq.

“Qarabağın rəmzi olan “Qarabağ”ı dəstəkləmək hər birimizin borcudur. Fan klubun yaradılması ideyasını dəstəklədiyinə görə “Qarabağ”ın rəhbərliyinə təşəkkür edirik” – deyə G.Yelmarqızı bildirib.

Qeyd edək ki, "Qarabağ"ın xanım azarkeşləri fan klub kimi komandalarına ilk dəstəyini bu gün Tofiq Bəhramov adına Respublika stadionun "Sent-Etyen"ə qarşı keçiriləcək Avropa Liqasının qrup oyununda nümayiş etdirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right