Azərbaycan Premyer liqasının VI turu çərçivəsində “Araz Naxçıvan”ı qəbul edəcək komanda hazırlığını Lənkəranda davam etdirir.
Newsport.az saytının məlumatına görə, Lənkərandakı bazasında iki gündür ki, məşqlərini bərpa edən “Xəzər Lənkəran” bu gün axşam hazırlığından sonra sabah oyunöncəsi məşqini də tamamlayıb matç saatını gözləyəcək. Xatırladaq ki, “Xəzər Lənkəran”-“Araz Naxçıvan” matçı sentyabr ayının 20-də saat 19.00-da start götürəcək və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.