“Sent Etyen”lə oyundan qabaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualların cavablandırıb.
- Həqiqətən bu oyuna böyük ajiotaj var. Çünki qrup mərhələsində ilk oyunumuzdur. Ən azından azarkeşlər üçün yaxşı oyun olacaq. “Sent Etyen” yaxşı və nizam intizamlı komandadır. Baxmayaraq ki, Avropa təcrübəmiz var, amma qrup mərhələsi tam başqadır. Düşünürəm ki, hamınız bu oyundan razı gedəcəksiz.
- “Sent Etyen”in “Karabükspor”la oyunlarına görə Türkiyə klubundan nəsə öyrənməyə çalışmısız?
- Xeyir. İndi texnika elədir ki, nə istəsən onu da öyrənə bilərsən. O zaman bu komana daha yaxşı hazırlaşmamışdı, indi isə rəqib daha hazırlıqlıdır.
- Rəqib standard vəziyyətlərdən daha yaxşı istifadə edir. Buna qarşı tədbir görmüsüz?
- Həqiqətən belə vəziyyətlərdən təhlükəlidirlər. Biz də son oyunlarda standard vəziyyətlərdən qol buraxmışıq. Buna görə çalışmalıyıq ki, rəqibi yaxına buraxmayaq. Rəqibdə çox usta və texniki cəhətdən usta olan oyunçularımız var.