AFFA rəhbərliyi ölkəni tərk edir

Sentyabrın 19-da Cenevrədə futbol üzrə AÇ-2020-nin ev sahibi olacaq ölkələrin adları müəyyənləşəcək.  

Newsport.az saytının məlumatına görə,19 namizəddən biri olan Azərbaycan paytaxtının bu hüquqa yiyələnməsi məhz həmin gün müəyyənləşəcək. Sözügedən mərasimdə Azərbaycan tərəfi böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Belə ki, tədbirə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, 1-ci vitse-prezident Elşad Nəsirov, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və olimpiya çempionumuz İqor Ponomaryovun yollanması nəzərdə tutulur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right