Coşqun və Baçanadan tarixi nəticə

Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində “İnter” “Araz-Naxçıvan” komandasıyla qarşılaşdı.

Newsport.az saytının məlumatına görə, bu matç komandamının gənc yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar oldu. Belə ki, o, “İnter”in heyətində həmin matçda ikinci qolu vurdu. Bu, gənc yarımmüdafiəçi üçün əsas komandanın heyətində rəsmi oyunlarda vurduğu ilk qol oldu. Bundan başqa, C.Diniyev “İnter”in heyətində Azərbaycan Çempionatının oyunlarında fərqlənə bilmiş sayca 87-ci futbolçu kimi də siyahıya düşdü.

Baçana Tsxadadzenin qolu “İnter”in formasında çempionat oyunlarında vurduğu sayca 26-cı oldu. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı 35-ə çatır və bu, klubun tarixində ən yaxşı nəticədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right