Hafiz Məmmədov: "Gəlirəm "Bakı"yla görüşə"

Yeni mövsümdə Premyer Liqada ən zəif heyətə malik komanda “Bakı”nın olacağı sir deyil .Newsport.az  Stadium.az saytina istinaden xəbər verir ki, 7 aydır maaş almayan bu komandadakı para problemi həll olmaqdadır. Aldığımız məlumata görə, hazırda xaricdə olan və bu gün Bakıya gələcək klub prezidenti Hafiz Məmmədov bütün problemləri həll edəcək.

Etibarlı mənbədən aldığımız məlumata görə, Məmmədovun biznesinin üstündən qara buludlar çəkilməkdədir. İş ondadır ki, Məmmədovu yıxmaq istəyən qüvvələr bu istəyinə çata bilmədi və ölkənin ən öndə gedən iş adamı işlərini qaydasına qoymaqdadır. Əvvəlcə “Lans”a lazım olan 20 milyon dolları klubun hesabına köçürən Hafiz Məmmədov, Fransada aldığı  klubunu yüksək dəstəyə çıxarda bildi.

“Atletiko”yla da heç bir problemi olmayan Məmmədov, indi bütün diqqətini digər iki klubuna yönəldir. Belə ki, hazırda əsas diqqət “Sheffield Wednesday”ə lazım olan pulu lazımı hesaba köçürmək və “Bakı”nı dirçəltməkdir.  İngilis klubunun da problemi həll olunmaqdadadır. Bu işdə dövlətdən lazımı dəstəyi alacağına söz verilən Məmmədov da bununla bütün problemlərini həll etmək üzrədir.

 

Bu gün Bakıya gələcək Məmmədovun “Bakı”lı futbolçularla şəxsən özünün görüşəcəyi barədə xəbər almışıq. Məmmədovun göstərişiylə klubdakılara bildirilib ki, ilk turun oyununa ürəklə hazırlaşsınlar, klub prezidenti onları şəxsən özü müjdələyəcək. Yaxın günlər ərzində Məmmədov komanda üzvləriylə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right