Aqil Məmmədov: "Azarkeşlərin böyük dəstəyi..." AÇIQLAMA

“Bilirdik ki, çox çətin olacaq. Mübariz komandaya qarşı oynadıq”.

Newsport.az saytının PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın beşinci turunda “Bakı”ya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

Məmmədov həmçinin ilk hissədə komandanın oyunundan razı qalmadığını bildirib:

“İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right