“Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər”.
Newsport.az saytının məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov ayrı-ayrı oyunçular haqda da fikirlərini açıqlayıb:
“Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə, belə addım atdıq. Çempionatın digər oyunlarında bu dəyişiklikləri görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışındam da razı qaldım”.