“Çətin oyun alındı. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar əsl xarakter nümayiş etdirdirib qələbə qazandılar”.
Newsport.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin serbiyalı qolkiperi Saşa Stamenkoviç “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyun haqda danışarkən deyib.
29 yaşlı qapıçı meydandan qovulmasını doğru qərar olmadığını bildirib:
“Həmin epizodda kobudluq yox idi. Mən rəqibi yıxmadım. Eləcə də Kardosa artıq topa çatmışdı. Hakim düzgün qərar qəbul etmədi. Mənə göstərilən qırmızı vərəqə düzgün deyildi”.