“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın V turu çərçivəsində “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışıb.
Newsport.az saytının məlumatına görə, gürcü mütəxəssis sonluğun istədikləri kimi alınmadığını qedy edib:
“Oyuna çox yaxşı başladıq. İlk qolu biz vurduq. Amma sonluq istədiyimiz kimi olmadı. Biz öz meydançamızda uduzmaq istəmirdik. Şanslarımızdan istifadə edə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq”.