"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Xəzər Lənkəran"a qalib gəldikləri (1:0) oyun barəsində fikirlərini media nümayəndələri ilə bölüşüb.
Newsport.az saytının PFL-in saytına istinadən verdiyi məlumata görə, o, birinci hissədə 10 nəfərlə qaldıqları üçün həm heyətdə, həm də taktiki planda dəyişiklik edib:
"Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa bir zamanda futbolçuları oyuna hazırladıq. Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq. Görüş çətin alındı. Erik Ramosun ehtiyatda qalmağı limitlə bağlı idi. Kauenin daha çox hücumameylli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam -intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komandam fiziki cəhətdən hələ tam hazır deyil”.