Oğuz Çətin: "3 xal itirmək çox pisdir" AÇIQLAMA

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi"yə məğlub olmaqlarının səbəbini açıqlayıb.
 
Newsport.az saytının PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qırmızı vərəqədən sonra komandasının qol vurmağa borclu olduğunu bildirib:
 
“Çempionata pis başladıq, pis də davam edir. Bugünkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdir. Qırmızı vərəqə və penaltidən sonra komandam qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. “Neftçi” 10 nəfərlə müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı matçlara baxmalıyıq. Bizim məqsədimiz  yaxşı oynamaq, qələbə qazanmaqdır”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right