Respublika stadionunun ot örtüyü yenilənir

Tofiq Bəhramov adına Respublika stadionu üçün hazır ot örtüyü Bakıya gətirilib.
 
Newsport.az İnsport.az-a istinadən xəbər verir ki, qazon Hollandiyadan xüsusi təchizatlı maşınlara yüklənərək, Azərbaycana gətirilib. Artıq arenanın ot örtüyünün döşənməsinə başlanılıb. İşi xarici mütəxəssislər həyata keçirir. İşlər tamamlandıqdan sonra isə UEFA nümayəndələri ot örtüyünün durumunu yoxlayacaq. Daha sonra yenilənmiş ot örtüyündəki ilk qarşılaşma sentyabrın 18-də saat 21:00-da Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və "Sent-Etyen" klubları arasında oynanılacaq.
 
Qeyd edək ki, işi həyata keçirən şirkət Türkiyənin "Qalatasaray" və "Fənərbaxça", İspaniyanın "Real Madrid" və "Barselona" klublarının stadionun öt örtüyünü yeniləyən mütəxəssislərdi. Bundan əlavə yenicə istifadəyə veriləcək Bakı Olimpiya Stadionun da ot örtüyü həmin şirkətə həvalə olunacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right