Əsgər Abdullayev:Deyiləsi sözüm yoxdur

"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Premyer Liqasının 5-ci turunda "İnter"ə məğlub (1:3) olduqları matçı şərh edib.

Newsport.az -ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, futbolçularının bu matçdakı oyunundan narazı qaldığını deyib:

“Deyiləsi sözüm yoxdur. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq. Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədim. Futbolçularım futbol oynamağa deyil, sanki gəzməyə çıxmışdılar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right