“Bakı”nın futbolçuları məşqə çıxdılar

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la qarşılaşacaq "Bakı" oyun öncəsi məşqini keçirib.

Newsport.az -ın klubun saytına istinadən yaydığı xəbərə görə, saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca futbolçularına əsasən topla oynamaq tapşırığı da verib.

Qeyd edək ki, "Bakı" - "Sumqayıt" matçı sentyabrın 14-ü, saat 17:00-da başlayacaq.

Xatırladaq ki, dünən və bu gün “Bakı”nın futbolçularının maaşlarını almaması səbəbindən məşqə və “Sumqayıt”la matça çıxmayacaqları haqda xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right