"Xəzər Lənkəran" klubu azarkeşlərinə böyük jest edib.
Newsport.az xəbər verir ki, bu barədə əməkdaşımıza “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib ki , klub prezidentinin göstərişi ilə Azerbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanında "Araz Naxçıvan"ı qəbul edəcək "Xəzər Lənkəran"ın matçına azarkeşlərin girişi pulsuz olacaq. 20 sentyabrda keçiriləcək "Xəzər Lənkəran" - "Araz Naxçıvan" oyununu cənublu azarkeşlər rahat bir şəkildə Lənkəran şəhər stadionundada izləyə biləcək.