“Neftçi” – “Xəzər Lənkəran” oyunu canlı yayımda?

Sabah Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunu canlı yayımlana bilər.

Newsport.az xəbər verir ki, bu barədə əməkdaşımıza “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: “Oyun klubumuzun rəsmi saytıyla canlı yayımlana bilər. Buna “Neftçi” tərəfi də mane olmur. Sadəcə oyunun keçiriləcəyi Bakıxanov qəsəbə stadionun VİP lojasından oyunu çəkmək olmur. Bunun üçün qarşı tərəfdən – tikilməkdə olan bina tərəfdən çəkiliş edilməlidir. Orada isə elektrik yoxdur. Biz bu gün stadionda məşq edən zaman buna baxacağıq. Əgər elektrik olsa, oyunu canlı verə biləcəyik”.

 

“Neftçi” – “Xəzər Lənkəran” oyunu sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 17:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right