“Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov “Qəbələ”dən yeni transfer olunan Elnur Allahverdiyevlə bağlı öz narazılığını bildirib.
Newsport.az xəbər verir ki, sabiq klub rəsmisi fikirlərini yenə “facebook“ səhifəsində bölüşüb:
“Dünyanın işinə bax e, deyirem. Deyirlər Elnur Allahverdiyev “Neftçi” ilə müqavilə bağlayır bu gün, Keçən il 28 may yadıma düşdü. Mahir Şükürov “Neftçi“dən, Elnur Allahverdiyev “Xəzər Lənkəran” tərəfdən tepikleşirdi, heresine 6 oyunluq cəza verildi indi Elnur “Neftçi”də, Mahir də Allah bilir harda (sabah Mahir də “Xəzər Lənkəran”da gəlib oynasa, heç təəccüblənmərəm). Burda bir meyxana yadıma düşdü: “Dağil ey dünya, dağıl”.
Ona görə də boş və mənasız şeydi futbolçuların üstündə kiməsə nəsə demək. Onların borcudu ki, aldıqları pulun əvəzində çıxıb meydançada canlarını qoysunlar .Özü də deyim ki, dünyada bizim futbolçular kimi yoxdu haa... Əzəli rəqiblər heç vaxt biri digərində oynamır. Bizimkilər isə pula görə ora hoppanır, bura hoppanır Ona gorə də futbolumuz inkişaf edəcək .O Berti Foqtsu da“neprav çıxartmayın, neynəyir, duz edir…”.