Elnur Allahverdiyev: "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm" AÇIQLAMA

Xəbər verdiyimiz kimi “Neftçi” Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevlə 2 illik müqavilə bağlayıb.

Newsport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi komandamızın bu günkü məşqindən əvvəl klubun rəsmi saytına açıqlama verib:

Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. “Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right