Dünya çempionu olan Azərbaycan paraatleti: Növbəti hədəfim Parisdəki paralimpiadadır

Növbəti hədəfim Parisdəki Yay Paralimpiya Oyunlarıdır.

Newsport.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.

T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olan idmançı turnirin onun üçün çox yaxşı keçdiyini bildirib: "Çox sevincliyəm. Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right