“Neftçi”ni Rusiya klubuna dəyişdi

“Neftçi”nin futbolçusu Reziuan Mirzovun yeni iş yeri bəlli olub. Newsport.az xəbər verir ki, 31 yaşlı vinger Rusiyaya qayıdıb.

O, “Neftçi”dən əvvəl formasını geyindiyi “Ximki”yə dönüb. Adıçəkilən klub rəsmi sayt vasitəsilə Mirzovla azad agent kimi müqavilə imzalandığını açıqlayıb. Mirzov bu mövsüm Premyer Liqaya qayıdan komandanın uğurları üçün çalışacaq.

Hücum oyunçusu geridə qalan mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 25 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Reziuan Mirzov 2020-2023-cü illərdə “Ximki”nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right