"Qarabağ"da çalışmış mütəxəssis "Trabzonspor"da

Bir zamanlar "Qarabağ"da çalışmış Öndər Karavelinin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Trabzonspor"da çalışacaq. Bu barədə yerli mətbua məlumat yayıb. O, Super Liqa təmsilçisinin baş məşqçisi Abdullah Avcının köməkçisi olacaq.

Təcrübəli məşqçi son olaraq "Eskişehirspor"a rəhbərlik edib.

Qeyd edək ki, Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right