Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ölkəsində təşkil olunan Avropa çempionatında meydana çıxdığı oyunlarda ümumilikdə 324 dəqiq ötürmə etməklə öz rekordunu yeniləyib.

T.Kroos 2016-cı ildə keçirilən Avropa çempionatında 323 dəqiq ötürmə ilə rekord qırmışdı. Bu göstəricidə 3-cü yerin sahibi isə İspaniya millisinin keşmiş üzvü Xavidir. O, 2012-ci ildə keçirilən Avropa çempionatında 317 dəqiq ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-nə qədər davam edəcək. A qrupunda yer alan Almaniya millisi 1/8 finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right