Türkiyənin Çexiya ilə görüşünü idarə edəcək hakim bəlli oldu

Türkiyə millisi AVRO-2024-ün F qrupunun üçüncü turunda Çexiya ilə üz-üzə gələcək. 

Newsport.az xəbər verir ki, Vinçentso Montellanın rəhbərlik etdiyi kollektivin çexlərlə oyununu idarə edəcək hakimlər bəlli olub.

Qarşılaşma iyunun 26-da keçiriləcək və matça 23:00-da start veriləcək. Oyunu isə rumıniyalı İştvan Kovaç idarə edəcək. 

Ona Vasile Marinesku və Ovidiu Artene kömək olacaq. Qarşılaşmanın dördüncü hakimi isə Espen Eskasdır (Norveç).

Görüşün VAR hakimi isə polşalı Tomas Kviatkovski olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right