“O, “Qarabağ”da əla iş gördü, orada çox yaxşı idi”

Rusiya millisinin sabiq məşqçisi İqor Korneyev Andrey Lunyovun “Qarabağ”dan Moskva “Dinamo”suna keçidini dəyərləndirib.

Newsport.az xəbər verir ki, mütəxəssis bunu moskvalılar üçün uğurlu transfer adlandırıb.

Onun fikrincə, Lunyov “Qarabağ”dakı yüksək performansı sayəsində “Dinamo”nun əsas qapıçısı olmağa əsas namizəddir: “Andreyin “Dinamo”ya keçidi gözəldir. Hazırda o, klubdakı digər qapıçılardan güclüdür. Əlbəttə, heç kim zəmanət verə bilməz. İstənilən oyunçu hər gün öz dəyərini sübut etməlidir. Andreyin Avropa karyerasına gəlincə, o, “Qarabağ”da əla iş gördü, orada çox yaxşı idi. Bu üzdən “Dinamo”da da əsas qapıçı olacağını güman edirəm”.

Qeyd edək ki, 32 yaşlı Lunyov “Dinamo” ilə 2 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right