Huşunu itirən futbolçu üçün Avro-2024 bitdi

Macarsıtan millisi əsas hücumçularından olan Barnabas Varqanı itirib. 

Newsport.az xəbər verir ki, Avro-2024-ün 3-cü turunda Şotlandiya yığmasının qapıçısı ilə toqquşmadan sonra huşunu itirən forvardın hazırda vəziyyəti normal olsa da, həkimlər onun bu turnirdə meydana çıxmamasını məsləhət görüb.

Bunu komandanın baş məşqçisi Marko Rossi oyundan sonrakı açıqlamasında deyib. "Varqanın həyatı təhlükədə deyil. O, üzündəki sınığa görə  əməliyyat olunacaq və Avro-2024-də bir daha meydana çıxa bilməyəcək".

Qeyd edək ki, Macarıstan son turda Şotlandiyaya qalib gələrək qrupda üçüncü pilləni tutub. Komandanın ən yaxşı üçüncü kimi 1/8 finala vəsiqə qazanmaq şansı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right