Lyuk Şou İngiltərə millisində məşqlərə başlayıb

İngiltərə millisinin müdafiəçisi Lyuk Şou ümumi komanda ilə məşqlərə başlayıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun futbolçusu fevraldan bəri zədə səbəbindən oynaya bilməməsinə rəğmən, millinin Almaniyada keçirilən Avropa çempionatında iştirak edən heyətinə daxil edilib.

L.Şounun AVRO-2024-də yığmaya fayda verəcəyinə inanan baş məşqçi Qaret Sautqeyt onu pley-off mərhələsində oynatmağı düşünür.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin sonuncu turunda Sloveniya ilə qarşılşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right