AFFA-dan iki komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, toplantıda AFFA U-16 və U-17 liqalarında baş verən neqativ hallara hüquqi qiymət verilib.

İyunun 20-də AFFA U-17 Liqasında keçirilməli olan “Kəpəz” PFK - “Zirə” PFK oyunu “Zirə” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün qəsəbə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

İyunun 22-də AFFA U-16 Liqasında keçirilən “Atletico Baku” FK - “Masallı” PFK oyununda “Masallı” komandasının heyətində turu buraxmalı olan Ruslan Abdulxalıqov iştirak etdiyinə görə cənub təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right