Rövşən Nəcəfi bu postda Hafiz Zeynalov əvəzlədi

“Neftçi” PFK-ya yeni baş icraçı direktor təyin edilib.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı paylaşım edib. 

Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. 

C.Sümer daha öncə İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib və klubun vitse-prezidenti vəzifəsini tutub. 

Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf AFFA prezidenti seçildikdən sonra postundan ayrılmışdı. Onu bu postda Hafiz Zeynalov əvəz edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right