"Qarabağ"dan Kadi açıqlaması: "Həqiqətə uyğun deyil"

"Qarabağ"ın "Krasnodar"ın futbolçusu Kadi Borgesin keçidini həll etməsi ilə bağlı xəbərlər yayılıb.

Newsport.az xəbər verir ki, Ağdam klubunun baş direktoru Asif Əsgərov bu haqda "Sport Ekspress"ə açıqlama verib. 

Klub rəsmisi Borgeslə razılıq əldə olunması məlumatını yalanlayıb:

"Qarabağ"ın Kadi ilə müqavilə imzalaması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Qeyd edək ki, Kadi Borges 2026-cı il iyunun 30-na qədər "Krasnodar"a məxsusdur. 28 yaşlı futbolçu "Koritiba", "Londrina", "Eştoril", "Vilafrankese" komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right