Mikels yenidən “Sabah”da

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki, Almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb. 
 
Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. 
 
Futbolçu Bakı təmsilçisinə azad agent kimi qayıdıb.  
 
“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right