"Portu"nun hücumçusu İtaliya klubuna keçib

Portuqaliyanın "Portu" klubunun hücumçusu Mehdi Taremi karyerasını İtaliya təmsilçisi "İnter"də davam etdirəcək.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, Portuqaliya klubu ilə müqavilə müddəti bitən futbolçu İtaliya çempionunu seçib.

O, "Portu" ilə yeni müqavilə barədə müzakirələr aparıb. Amma rəhbərlik onun tələbləri ilə razılaşmayıb.

Qeyd edək ki, 31 yaşlı iranlı futbolçu 2020/2021 mövsümündən "Portu"nun formasını geyinirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right