Tayland Futbol Federasiyası milli komandaya rekord məbləğdə mükafat vəd edib.
Newsport.az saytının məlumatına görə, Asiya təmsilçisinin rəhbərliyi yığmanın qitə çempionu olacağı təqdirdə hər futbolçuya 1,7 milyon dollar mükafat verəcəyini bildirib.
Qeyd edək ki, Tayland millisi Asiya oyunlarının qalibi ola bilməyib. Komanda ən yaxşı nəticələrini 1990 və 1998-ci illərdə 4-cü yeri qazanıb