“Samsung” ilə forma sponsorluğu başa çatmaq üzrə olan “Çelsi” futbol klubuna dünyanın nüfuzlu türk şirkətlərindən biri sponsorluq etmək istəyir.
Newsport.az saytı İngiltərənin “Daily Mail” qəzeti istinadən verdiyi məlumata görə, 2005-ci ildən bəri forma sponsorluğu üçün mobil telefon şirkəti ilə əməkdaşlıq edən “Zadəganlar” 2013-cü ildə müqavilənin vaxtını uzatsa da müddəti qısa saxlayıb.
Müqavilə müddətinin az olduğunu bilən “Türk Hava Yolları” isə 22 milyon avroluq təkliflə London təmsilçisinə müraciət edib.
Qeyd edək ki, “Çelsi” “Adidas” firması ilə 10 il müddətə 360 milyon avroluq müqavilə bağlamışdı.