"Mançester Yunayted" və İngiltərə yığmasının keçmiş futbolçusu Bobbi Çarlton qolların sayına görə onun rekordunu yeniləmək istəyən Runi haqqında münasibətini bildirib.
Newsport.az saytının məlumatına görə, müsahibəsində əfsanə futbolçu Runinin rekordu qıracağına inandığını deyib:
"O, həqiqətən də mənim qoyduğum rekordu yeniləmək ərəfəsindədir. Düşünürəm ki, bu rekord çox uzandı. Mən Runini dəstəkləyirəm. Əgər o, bu rekordu qırsa çox xoşbəxt olaram. Bu böyük nailiyyət olar. Runi yaxşı oğlandır. Mən şübhə etmirən ki, o, bunu bacaracaq"
Qeyd edək ki, Bobbi Çarlton İngiltərə yığmasının heyətində oynayarkən 49 top vurub. Runi də isə bu say 41-dir.