PSJ-nin yeni transferi Anxel di Mariya "Mançester Yunayted"in azarkeşlərindən üzr istəyib.
Newsport.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi ötən mövsüm İngiltərə klubunda zəif çıxış etdiyi üçün bu addımı atıb: "Əlimdən gələni etməyə çalışdım.Futbol riyaziyyat deyil, təəssüf ki, hər zaman işlər gözlədiyimiz kimi getmir. "Mançester Yunayted" azarkeşlərinin mənə güvəndiyini bilirəm. Onların məndən gözlədiklərini edə bilmədiyim üçün təəssüflənirəm. Qısa müddətlik də olsa, "Mançester Yunayted"də çıxış etdiyim üçün qürur duyuram".