"Sassuolo"nun və İtaliya millisinin hücumçusu Canluka Skamakka PSJ-yə keçə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb. Bildirilib ki, təmsilçilər oyunçunun transferi ilə bağlı A seriyası təmsilçisi ilə danışıqların aktiv mərhələsinə keçiblər.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "Sassuolo"nun heyətində 16 qol vurub.