Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb.
Newsport.az-in məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı Jorji Jezuşla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.
68 yaşlı mütəxəssis ötən gecə Türkiyəyə gəlib. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Jorji Jezuş ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.