"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Mançester Siti" ilə danışıqlar aparıb.
Newsport.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Fransalı yarımmüdafiəçi əvvəlcə müqavilənin şərtlərinə razılaşıb və yayda yeni komandasına azad agent kimi qoşulmağı planlaşdırıb. Lakin o, sonda fikrini dəyişib. Buna səbəb isə Poqbanın “Mançester Yunayted” azarkeşlərindən qorxması olub. O, düşünüb ki, əgər "Siti"yə keçsə, "Yunayted" azarkeşləri onun üçün həyatı dözülməz hala gətirəcək. Buna görə də Poqba klubundan ayrılsa, karyerasını Premyer Liqadan kənarda davam etdirəcək.
Qeyd edək ki, Poqbanın "Mançester Yunayted"lə müqaviləsi bu mövsümün sonuna qədərdir.