“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurur

“Liverpul”un sabiq futbolçusu Martin Şkrtel karyerasını başa vurmaq qərarına gəlib. Newsport.az xəbər verir ki, o, bu barədə hazırda çıxış etdiyi Slovakiyanın “Spartak” klubunun mətbuat xidmətinə açıqlamasında bildirib.
 
37 yaşlı futbolçu mayın 21-də yerli çempionatdakı oyunun onun üçün sonuncu olacağını deyib.
 
Xatırladaq ki, Slovakiya millisinin sabiq futbolçusu Rusiyanın "Zenit", Türkiyənin "Fənərbaxça" və "Başakşəhər" klublarında da çıxış edib. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right