“Marsel” uduzdu, “Monako” 2-ci pilləyə yüksəldi

Bu gün futbol üzrə Fransa Liqa 1-də 37-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, bütün oyunlar eyni gündə, eyni saatda start götürüb. Lionel Messili, Neymarlı, Kilian Mbappeli PSJ “Monpelye”nin qonağı olub. Paris təmsilçisi çempionluğu rəsmiləşdirdiyindən, bu matç onlar üçün formal xarakter daşıyırdı. Buna baxmayaraq, qonaqlar bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

İkinci pillə uğrunda mübarizə aparan “Marsel” bu turda “Renn”in qonağı olub və 2 cavabsız qolla uduzub. “Monako” isə “Brest”i qəbul edib və qalib gələrək ikinci pilləyə yüksəlib.

Fransa Liqa 1, 37-ci tur

14 may

Bordo – Loryan 0:0

Lion – Nant 3:2
Qol: Dembele, 9. Paketa, 78. Tete, 85 – Gebbels, 81. Kiprien, 90+2.

Mets – Anje 1:0
Qol: Lamkel, 50.

Monako – Brest 4:2
Qol: Ben Yedder, 44-pen; 51; 54. Volland, 70 – Duverne, 10. Belaili, 23.

Monpelye – PSJ 0:4
Qol: Messi, 6; 20. Di Mariya, 26. Mbappe, 60-pen.

Nitsa – Lill 1:3
Qol: Kluyvert, 31 – David, 52; 61. Vea, 90+4.

Renn – Marsel 2:0
Qol: Buriqe, 12. Mayer, 35.

Sent-Etyen – Reyms 1:2
Qol: Manqala, 12 – Munetsi, 2. Dumbiya, 61.

Strasburq – Klermon 1:0
Qol: Tomasson, 28.

Trua – Lans 1:3
Qol: Byankone, 14 – Danso, 42. Kalimuendo, 45. Klauss, 71.

Bombardir: Kilian Mbappe (PSJ) – 26 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right