A seriyasının 34-cü turunda "Milan"la matç "Latsio"nun futbolçusu Çiro İmmobile üçün əlamətdar olub.
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu görüşdə fərqlənməklə bu mövsüm 26-cı qolunu vurub. Nəticəd italyalı forvard son 6 ildə Avropanın TOP-5 liqasında ən azı üç mövsümdə 25-dən çox qol vuran dördüncü oyunçu olub.
İmmobile 2019/20 mövsümündə 36, 2017/18 mövsümündə isə 29 qol vurub.
Bunu əvvəllər Lionel Messi , Kriştiano Ronaldo və Robert Levandovski bacarıb.
Xatırladaq ki, ötən gecə "Milan" "Latsio"nu 2:1 hesabı ilə məğlub edib.