"Real"ın Dias qərarı

"Real" futbolçusu Brahim Diasla yolları ayırmağa qərar verib.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı hücumçuya 22 milyon avro qiymət qoyub. İspan futbolçu hazırda icarə əsasında "Milan"da oynayır. Onun İtaliya təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, Dias A seriyasında bu mövsüm 27 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right