Abramoviç Türkiyə klubunu alır

Rusiyalı milyarder Roman Abramoviç Türkiyənin "Göztəpə" klubunu alır.

Newsport.az xəbər verir ki, bu barədə D-Smart Spor məlumat yayıb. Cümə gününə qədər bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Türkiyə Superliqasında mübarizə aparan "Göztəpə" turnir cədvəlinin autsayderidir və aşağı liqaya düşmək təhlükəsindədir.

Qeyd edək ki, "Çelsi"nin sahibi olan Roman Abramoviç Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra Böyük Britaniyada sanksiyalarla üzləşib və bu səbəbdən klubu satışa çıxarmalı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right