“Lill” “Bordo” ilə bacarmadı

Futbol üzrə Fransa çempionatında 30-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, açılış oyununda “Nitsa” son 5 matçdan qalib ayrılan “Renn”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Son çempion “Lill” də autsayder “Bordo” ilə ev oyununda 1 xalla kifayətlənib.

“Marsel” təhlükəli zonadan qurtulmağa can atan “Sent-Etyen”in qonağı olmalı idi. Lakin bu görüş güclü qar səbəbindən təxirə salınıb.

Ötən tur “Monako”ya böyük hesabla məğlub olan PSJ isə dogma meydanda “Loryan”ı sınağa çəkəcək.

Fransa Liqa 1, 30-cu tur

2 aprel

Nitsa – Renn 1:1
Qol:
Delor, 67 – Terrye, 78.

Lill – Bordo 0:0

Sent-Etyen – Marsel matçı təxirə salınıb

3 aprel

15:00 Strasburq – Lans
17:00 Klermon – Nant
17:00 Mets – Monako
17:00 Monpelye – Brest
17:00 Trua – Reyms
19:05 Lion – Anje
22:45 PSJ – Loryan

Bombardir: Vissam Ben Yedder (Monako) – 17 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right